Öz zəkaları ilə region birincisi olan məktəblilərimiz!
25 aprel 2025 | 10:24
Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri arasında“Zəkaların mübarizəsi” olimpiadası keçirilib.
Sabirabad rayonunda IX-XI sinif şagirdləri arasında "Zəkaların mübarizəsi" olimpiadasının şahmat turniri üzrə keçirilən region mərhələsində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan rayon təhsil sektorlarının (Sabirabad, Saatlı, İmişli və Beyləqan) təmsilçiləri, yəni 4 komanda mübarizə aparıb.
Maraqlı və gərgin keçən yarışda Beyləqan rayon komandası I yeri tutaraq paytaxt Bakıda keçiriləcək respublika mərhələsində regionu təmsil etmək şansı qazanıblar.
Beyləqan komandasının üzvlərini təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzulayırıq.