Şriftin ölçüsü :

Saytın rəngi :

Özbəkistan-Azərbaycan biznes forumunda mühüm hadisə-Beyləqan və Özbəkistanın Şəhrisəbz şəhəri qardaş şəhərlər elan olundu!

24 avqust 2024 | 09:36
Avqustun 22-də Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib.
 
Forumda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da iştirak edib. İki gün davam edən forumda Azərbaycanı 67 şirkət və 10-a yaxın dövlət təşkilatı təmsil edib.
 
Forum çərçivəsində bir sıra mühüm qərarlar alınıb, o cümlədən rayonumuz üçün əlamətdar hadisə baş verib.
 
Belə ki, Beyləqan və Özbəkistanın Şəhrisəbz şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı sənədlər imzalanmışdır.
 
Bu sənəd hər iki ölkə, o cümlədən rayonumuz və Şəhrisəbz şəhəri arasında iqtisadi əlaqələrin gücləndirilməsi, əməkdaşlığın inkişafı, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi üçün mühüm rol oynayacaq.
 
Beyləqan və Şəhrisəbz şəhərinin qardaş şəhərlər elan olması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə beyləqanlılar adından minnətdarlığımızı bildirir, rayon sakinlərini təbrik edərək bu əməkdaşlığın xeyirli və düşərli olmasını arzu edirik!
Keçidlər