"Qarabağ" Futbol Akademiyası Beyləqan Olimpiya İdman Kompleksində açıq seleksiya günü keçirib.
06 mart 2025 | 16:37
Beyləqan Rayon İcra Hakimiyyətinin və klubumuzun 5 Mart Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə ortaq təşkil etdiyi seleksiya günü böyük coşqu ilə yadda qalıb. Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri açıq elan edərək iştirakçılara uğurlar arzulayıb və akademiya rəhbərliyini kompleksin şəraiti ilə tanış edib.
Beyləqan və ətraf rayonlardan 300-ə yaxın 9-13 yaşlı yeniyetmənin qatıldığı seçimlərdə akademiya koordinatoru Aftandil Hacıyev, məşqçilər Yaşar Hüseynov, Vəli Hüseynov, Rauf Əliyev və Maksim Medvedevin diqqətini cəlb edən iştirakçılar növbəti mərhələyə dəvət alıblar.