Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralılar kəndində səyyar qəbul keçirilib

02 sentyabr 2025 | 18:47
Beyləqan rayonunda əhalinin mövcud problemlərinin yerində öyrənilərək operativ həlli məqsədilə 2 sentyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Qaralılar kənd sakinləri ilə səyyar qəbul-görüşü təşkil olunub.
 
Qəbulda RİH başçısıyla birgə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
 
Əvvəlcə Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər, kənd təsərrüfatı və infrastruktur sahəsində görülən işlər, həmçinin əhalini narahat edən əsas məsələlərin həlli ilə bağlı atılan addımlar barədə ətraflı məlumat verib. Bildirilib ki, sakinlərin rifah halının yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək.
 
Görüş zamanı kənd sakinləri qaldırdıqları məsələlərlə bağlı narahatlıqlarını və təkliflərini səsləndirib, müvafiq izahlar alıblar. Bütün müraciətlər qeydə alınaraq nəzarətə götürülüb.
 
Qaralılar kəndinin sakinləri dövlət tərəfindən bölgələrə göstərilən diqqət və qayğıya, xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafına yönəlmiş islahatlara görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər