Şriftin ölçüsü :

Saytın rəngi :

Qaralılar kəndində vətəndaşların səyyar qəbulu keçirilib.

14 iyul 2026 | 18:57
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Qaralılar kəndində növbəti səyyar vətəndaş qəbulunu keçirib. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
 
Görüş zamanı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində mütəmadi olaraq səyyar qəbulların keçirildiyini bildirib.
 
Daha sonra kənd sakinləri onları narahat edən məsələləri səsləndiriblər. Müraciətlər əsasən məşğulluq, elektrik enerjisi təchizatı, suvarma suyu, yol infrastrukturu və digər sosial məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qisminin yerində həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib, araşdırılması tələb olunan müraciətlər isə nəzarətə götürülərək icrası üçün aidiyyəti üzrə yönləndirilib.
 
Sonda sakinlər müraciətlərinin dinlənilməsinə və qaldırdıqları məsələlərə göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər