Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə göstərilən humanitar yardım kampaniyasına Beyləqan Rayon İcra Hakimiyyəti də qoşulub.
11 fevral 2023 | 20:29
Fevralın 11-də Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən edilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib.
Göndərilən yardımlara generator, çarpayı, elektrik qızdırıcısı, yorğan-döşək, isti geyimlər və konservləşdirilmiş qida məhsulları daxildir.Toplanan yardımlar könüllülər tərəfindən çeşidlənib, qablaşdırılıb, avtomobillərə yüklənib və qardaş ölkəyə yola salınıb.
Həmçinin, Rayon İcra Hakimiyyəti başçısnın birinci müavini Telman Məstanov zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunu ziyarət edərək başsağlığı vermişdir.