Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlı qəsəbəsində Vətən müharibəsinin qəhrəman şəhidi Hüseynov Vüsal Nadir oğlunun dördüncü ildönümü münasibətilə ailəsi ziyarət olundu.

19 oktyabr 2024 | 15:00
44 günlük Vətən savaşının qəhrəman qəhrəman şəhidlərindən olan Hüseynov Vüsal Nadir oğlunun şəhadətinin dördüncü ildönümü ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri və RİH-nin məsul işçiləri ilə birlikdə şəhidin ailəsini evində ziyarət edib.
 
İcra başçısı şəhidin yaxınlarına baş sağlığı verərək qayğıları ilə maraqlanıb.Ölkə rəhbərliyinin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin daim ehtiramla yad edildiyini, sağlamlığını itirmiş qazilərimizə, ümumiyyətlə müharibə iştirakçılarına böyük diqqət göstərildiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini qeyd etmişdir.
 
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
 
Keçidlər