Rayon ərazisində iməcilik işləri davam etdirilir
23 iyun 2025 | 16:37
Rayon ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və abadlıq işlərinin təşkili məqsədilə növbəti iməcilik tədbirləri həyata keçirilir.
Hazırda iməcilik işləri Kəbirli, Təzəkənd, İkinci Aşıqlı, Birinci Aşıqlı, Tatalılar kəndlərində və Şəfəq, Örənqala, Bahar qəsəbələrində davam etdirilir.
Aksiyalar çərçivəsində yaşıllıq zolaqlarında alaq otlarının təmizlənməsi, tullantıların yığışdırılması, ağaclara aqrotexniki qulluq kimi işlər həyata keçirilir.
İməcilik tədbirləri növbəti günlərdə də mərhələli şəkildə rayonun digər yaşayış məntəqələrində davam etdiriləcək.







