Rayon ərazisində təmizlik və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsi bu sahədə çalışan əməkdaşların gündəlik və fədakar əməyinin nəticəsidir.
15 yanvar 2026 | 10:03
Kommunal xidmət sahəsində çalışan işçilər hava şəraitindən asılı olmayaraq öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir, rayon infrastrukturunun qorunmasına, sanitariya-gigiyenik vəziyyətin yaxşılaşdırılmasına və ümumi abadlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verirlər. Nəticədə yüksək əzmlə görülən işlərin nəticəsi olaraq ictimaiyyət üçün daha səmərəli və rahat mühit formalaşır.







