Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyəti başçısının kəndlərdə sakinlərlə səyyar qəbulların keçirilməsi davam edir.

21 noyabr 2023 | 18:07
21 noyabr 2023-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonun Örənqala qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirib.
 
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, kənd sakinləri iştirak ediblər.
 
Əvvəlcə səyyar-qəbul iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
 
Rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri tərəfindən müxtəlif müraciətlər səsləndirilmiş, müraciətlər əsasən işlə təmin olunma, qəsəbənin mərkəzindən keçən su arxının təmizlənməsi, elektrik transformatorunun yenisi ilə əvəz olunması kimi məsələləri əhatə edib.
 
Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
 
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər