Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri daha altı Vətən Müharibəsi şəhidinin ildönümü ilə əlaqədar ailələrini ziyarət edib.

10 noyabr 2024 | 07:45
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri ilə birgə şəhər mərkəzində şəhid Nəsirov Qara Eldəniz oğlunun və Əsədov Tural Sərvan oğlunun, Milabad qəsəbəsində Məmmədov Elvin Dayandur oğlunun və Babaşov Hikmət Firudin oğlunun,Yeni Mil qəsəbəsində Yunusov Ramil Qardaşxan oğlunun,İmamverdililər kəndində Həsənov Zaur Eldar oğlunun ildönümləri ilə əlaqədar ailələrini ziyarət edib.
 
Ziyarət zamanı şəhidlərimizin Vətən Müharibəsi zamanı qəhrəmanlığından, döyüşlərdə göstərdiyi misilsiz şücaətdən danışılıb, şəhidlərimizin ruhuna dualar oxunulub.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. RİH başçısı Azərbaycan xalqının bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandığını və bu zəfərlə bütün şəhidlərimizin qisası alındığını vurğulayıb.
 
Şəhidlərin ailələri onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.-
Keçidlər