Rayon rəhbəri Şəhid Qurbanzadə Mövludun atasının dəfn mərasimində iştirak edib.
19 sentyabr 2024 | 16:07
Sentyabrın 20-də Vətən Müharibəsi şəhidi Qurbanzadə Mövludun atası Alışov Söhbət vəfat edib.
Dəfn mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı veriblər.
Mərhum Alışov Söhbət şəhid oğlunun məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin məzarı da ziyarət olunub.
Məlumat üçün qeyd edək ki, Şəhid Mövlud Qurbanzadə 1996-cı il avqustun 2-də rayonun Aşağı Çəmənli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Mövlud Qurbanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.