Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Əliyev Tural Arif oğlunun ildönümü ilə əlaqədar Təzəkənd kəndində ailəsini ziyarət edib.
13 dekabr 2024 | 16:37
Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri ilə birgə Təzəkənd kəndində şəhid Əliyev Tural Arif oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət edib.
Ziyarət zamanı şəhidimizin Vətən Müharibəsi zamanı qəhrəmanlığından, döyüşlərdə göstərdiyi misilsiz şücaətdən danışılıb, şəhid Arifin timsalında bütün şəhidlərin ruhuna dualar oxunulub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib, onların mövcud vəziyyəti, problem və qayğıları ilə maraqlanıb.
Şəhid ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib.