Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Vətən Müharibəsi şəhidlərinin, o cümlədən mülki şəhidlərin ildönümü mərasimləri ilə əlaqədar şəhid ailələrini ziyarət edib.

03 oktyabr 2024 | 10:50
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının şöbə müdirləri ilə birgə Vətən Müharibəsi zamanı həlak olan Qəhrəmanlı qəsəbəsindən Şəhidlərimiz Əliyev Xəyal Saleh oğlu, Qasımov Hüseyn Kamil oğlu və Orucov Şakir Bakir oğlunun, eləcə də düşmənin Beyləqan şəhərinə artilleriya atışı nəticəsində həlak olmuş bacılar-Şəhid Əsədova Arzu İsgəndər qızı və Şəhid İsmayılova Zülfiyyə İsgəndər qızının ildönümü mərasimləri ilə əlaqədar şəhidlərin ailələrini ziyarət edib, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb.
 
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov görüşlərdə bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. RİH başçısı Azərbaycan xalqının bu tarixi zəfəri igid övladlarının qanı, canı bahasına qazandığını və bu zəfərlə bütün şəhidlərimizin qisası alındığını vurğulayıb.
 
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər