Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Aşağı Çəmənli kəndində keçirilib
02 oktyabr 2025 | 15:47
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan Rayon İcra Hakikiyyəti başçısının ayrı-ayrı kənd və qəsəbələrdə səyyar qəbul-görüşləri davam etdirilir. Təsdiq olunmuş qrafikə uyğun olaraq Beyləqan RİH başçısı Əziz Əzizovun növbəti səyyar qəbulu Aşağı Çəmənli kəndində keçirilib.
Qəbulda rayon rəhbəri ilə birgə hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri də iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakikiyyəti başçısı Əziz Əzizov görüşdə ölkəmizdə aparılan sosial-iqtisadi inkişafın xalqımızın rifahına təsirindən, rayonun sosial-iqtisadi inkişafı, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Daha sonra sakinlər müxtəlif mövzularla bağlı müraciətlərini çatdırıblar. Rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib və problemlərin operativ şəkildə həllini təmin etmək barədə göstərişlər verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







