Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Allahyarlı kəndində səyyar qəbul-görüş keçirildi.

11 may 2022 | 13:29

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 10 may 2022-ci il tarixdə rayonun Allahyarlı kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.
Görüşdə  rayon icra hakimiyyətinin,  rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Allahyarlı kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə  kənd  sakini, Tagıyev Salman Bayram oğlu, Allahyarlı kəndində kompleks dren-kollektor şəbəkəsinin çəkilməsi barədə, Təhməzov Xasay Dadaş oğlu kəndə  yeni çəkilən asfalt yolun kənarından keçən su axrının təmizlənməsi barədə, Aslanov Həmzə İbad oğlu kəndin daxili yolunun cari təmiri barədə, Məhərrəmov Sabir Şirin oğlu bələdiyyə mülkiyyətindən əkin üçün torpqa sahəsinin ayrılması barədə, Qasımov Elxas Mərkəz oğlu elektrik sayğacında olan borcunun silinməsi  barədə muraciətinin nəzərə alinmasi və müvafiq tədbirlərin görülməsini xahiş etdi.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Allahyarlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər