Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Allahyarlı kəndində səyyar qəbul-görüş keçirilib.

12 mart 2024 | 17:51
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 12 mart 2024-cü il tarixdə rayonun Allahyarlı kənd inzibati ərazi dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə kənd sakinləri bir sıra müraciətlər ünvanlamış, elektrik enerjisinin fasiləsiz verilməsi, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması, pay torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsi və ərazidə meliorativ tədbirlərin həyata keçirilməsini xahiş etmişlər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
 
Allahyarlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər