Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Aşağı Çəmənli kəndində səyyar qəbul-görüş keçirildi.

01 noyabr 2022 | 14:47
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Beyləqan rayon rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 01 noyabr 2022-ci il tarixdə növbəti dəfə vətəndaşlarla səyyar-görüş keçirib. Qəbuldan öncə Rayon İcra Hakimiyyəti rəhbərliyi Aşağı Çəmənli kəndində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Aşağı Çəmənli kəndində baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. İlk öncə Azərbaycan Respublikasının himni səsləndirilib və səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. Daha sonra çıxış edən Asif Ağayev vətəndaşlara olan səmimi münasibətin, göstərilən diqqət və qayğının bundan sonra da davamlı olacağını söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların hər birinin əsasında vətəndaş məmnunluğunun dayandığını bildirib. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə iştirak edən şəxslərin müraciətləri tək-tək dinlənilib, müraciətlər əsasən mövsüm ərzində suvarma suyunun verilməsi, içməli su probleminin həll olunması, kənd ərazisində SİB kabelləşmə işlərinin aparılması, bələdiyyənin ehtiyyat fondundan torpaq sahəsinin ayrılmasını kimi məsələlərdən ibarət olub. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Aşağı Çəmənli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər