Rayonun Aşağı Çəmənli kəndində səyyar qəbul-görüş keçirilmişdir.
12 fevral 2024 | 11:03
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev hər həftə vətəndaşlarla görüşür, təklif və problemləri dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.
12 fevral 2024-cü il tarixdə rayonun Aşağı Çəmənli kənd sakinləri ilə baş tutan səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayındələri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev görüş iştirakçılarını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırmış, respublikamızda o cümlədən Beyləqan rayonunda aparılan bərpa-quruculuq işləri və qarşıda duran vəzifələrdən danışmışdır.
Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Səsləndirilən müraciətlərdə mövsüm ərzində suvarma suyunun verilməsi, yeni subartezian quyusunun qazılması, əlilliyin təyin edilməsi, internet xəttinin dəyişdirilməsi və dren kanalının təmizlənməsi ilə bağlı məsələlər üstünlük təşkil edib.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.