Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun asfaltlanmış küçələrinə piyada keçid xətləri çəkilib

26 may 2025 | 18:47
Beyləqan rayonunda yol infrastrukturunun təkmilləşdirilməsi və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə aparılan işlər çərçivəsində asfaltlanmış küçələrdə piyada keçid xətlərinin çəkilməsi təmin edilmişdir.
 
Çəkilmiş xətlər piyadaların yolları təhlükəsiz şəkildə keçməsinə şərait yaradır, nəqliyyat vasitələrinin sürücülərinə isə diqqətli hərəkət etmələri zərurətini xatırladır.
 
Müvafiq işlərin mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər