Rayonun Aşıqalılar kəndində səyyar qəbul-görüş keçirildi.
11 noyabr 2022 | 20:55
Rayonun Aşıqalılar kəndində səyyar qəbul-görüş keçirildi.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Beyləqan rayon rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi olaraq görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 10 noyabr 2022-ci il tarixdə rayonun Aşıqalılar kəndində vətəndaşlarla səyyar-görüş keçirib.
Qəbuldan öncə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafiəz orqanlarının rəhbərləri Aşıqalılar kəndində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Aşıqalılar kəndində baş tutan görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının himni səsləndirilib və səyyar-görüş iştirakçıları tərəfindən ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxış edən Asif Ağayev rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, vətəndaşlara göstərilən diqqət və qayğının bundan sonra da davamlı olacağını söyləyib.
Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin əsas müraciətləri mövsüm ərzində suvarma suyunun verilməsi, kənd ərazisində SİB kabelləşmə işlərinin aparılması, internet xəttinin çəkilməsi, subartezian quyusunun qazılması kimi məsələlər təşkil edib.
Rayon İcra Hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Aşıqalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.