Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Aşıqalılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

04 aprel 2023 | 18:53
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev əhalinin problemlərinin yerində həlli məqsədilə 04 aprel 2023-cü il tarixdə rayonun Aşıqalılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirib.
 
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Aşıqalılar kəndinin şəhidlərinin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri suvarma suyunun verilməsini, sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, fərdi yaşayış evinin təmiri və ailə vəziyyəti nəzərə alınaraq köməklik olunmasını xahiş etdilər.
 
Rayon İcra Hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi, bəzi müraciətlər yerindəcə həll olundu, həlli vaxt tələb edənlər isə nəzarətə götürüldü.
 
Aşıqalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər