Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bahar qəsəbəsində səyyar qəbul-görüş keçdi.

12 iyul 2024 | 11:38
11 iyul 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun rayonun Bahar qəsəbə sakinləri ilə ilk səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları iştirak etmişdir.
 
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazilərimizin bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq prosesi, əhalinin rifahının daha da yüksəlməsi istiqamətində həyata keçirilən çoxşaxəli işlər haqqında məlumat vermişdir. Ə.Əzizov əlavə etmişdir ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
 
Daha sonra RİH başçısı sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri bir sıra müraciətlər ünvanlamış, əsas müraciətlər suvarma suyunun verilməsi, qəsəbə tam orta məktəb binasının əsaslı təmir olunması, SİB kabellərinin çəkilməsi, yeni artezian quyusunun qazılması kimi müraciətlərdən ibarət olmuşdur.
 
Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilmişdir.
 
Bahar qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər