Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bahar qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

15 iyun 2022 | 16:48

        Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 14 iyun 2022-ci il tarixdə rayonun Bahar qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir. Görüşdə  rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbirdən əvvəl rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Bahar qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Bahar qəsəbəsində olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini Çobanzadə İsmayıl  Fərrux oğlu qəsəbənin elektrik xətlərinin SİB kabellə əvəz olunması üçün müvafiq tədbirlərin görülməsi, İmanov Ərşad İman oğlu Bahar qəsəbəsini Dünyamalılar kəndi ilə birləşdirən avtomobil  yolunun çəkilməsinə köməklik barədə, İmanov Adil İman oğlu suvarma suyunun verilməsinə köməklik olunması barədə, Quliyeva Zeynəb Sabir qızı Bahar qəsəbə tam orta məktəbinin yenidən tikilməsi barədə, Ənnağıyev Sahib Şaiq oğlu ailə vəziyyətini nəzərə alaraq fərdi yaşayış evinin bir otağının təmirinə köməklik olunması barədə müraciət etdilər. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Bahar qəsəbə  sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər