Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Baharabad qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir

19 dekabr 2023 | 11:33
Vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin müntəzəm olaraq rayonun qəsəbə və kəndlərdə keçirdiyi səyyar qəbullar davam etdirilir.
Növbəti səyyar qəbul 19 dekabr 2023-cü il tarixdə rayonun Baharabad qəsəbəsində keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Giriş nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev keçirilən səyyar görüşlərin əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Asif Ağayev həmçinin qəbul zamanı ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Sonra qəbula gələn vətəndaşların müraciətləri dinlənilib.
Görüşdə kənd sakinləri bir sıra müraciətlər ünvanlamış, əsas müraciətlər elektrik enerjisinin fasiləsiz verilməsi üçün SİB kabellərin çəkilməsi, dren kanalının təmizlənməsi, yeni subartezian quyusunun qazılması, dialez xəstəsi üçün avtomobil təmin olunması, Beyləqan-Kəbirli-Baharabad avtomobil yolunun əsaslı təmir olunması istiqamətində olub.
Sakinlərin səsləndirdikləri müraciət və problemlər diqqətlə dinlənilib, qaldırılan məsələlər müzakirə olunub və həlli üçün müvafiq göstərişlər verilib.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər