Rayonun bir neçə kəndində iməcilik aksiyaları keçirilib
20 iyun 2025 | 15:07
Rayon ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və abadlıq işlərinin genişləndirilməsi məqsədilə Əhmədli, Aşıqalılar, Dünyamallar, Qaradağlı, Gödəklər və Birinci Şahsevən kəndlərində iməcilik aksiyaları həyata keçirilib.
Aksiya çərçivəsində yolların kənarları məişət tullantılarından təmizlənib, yol kənarı ərazilər alaq otlarından təmizlənib, yaşıllıq sahələri və ağaclar budanıb, ərazilərdə səliqə-sahman və ümumi abadlıq işləri görülüb.
Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi ətraf mühitin mühafizəsi ilə yanaşı, ictimai məsuliyyətin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu istiqamətdə işlərin ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.







