Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Birinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirildi.

25 oktyabr 2022 | 15:51
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 25 oktyabr 2022-ci il tarixdə rayonun Birinci Aşıqlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri, kəndin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, “Araz çayı” vasitəsi ilə suvarılan torpaqlara suvarma suyunun verilməsini, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılmasını, aparıcı dren kollektorun lildən təmizlənməsini, ərazidə kabelləşmə işlərinin aparılmasına köməklik olunmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Birinci Aşıqlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər