Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Birinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirildi.

25 iyul 2023 | 15:41
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin səyyar qəbulları davam edir. Növbəti səyyar görüş 25 iyul 2023-cü il tarixdə rayonun Birinci Şahsevən kəndində baş tutub.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşdə çıxış edən icra başçısı son illər respublikamızda, o cümlədən Beyləqan rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən içməli su təminatının yaxşılaşdırılmas, kəndin bir hissəsinə suvarma suyunun verilməsi, Araz çayından gələn yal arxı adlanan suvarma su arxının lildən təmizlənməsi ilə bağlı olub.
Sakinlərin müraciətləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Birinci Şahsevən kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər