Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bolsulu qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

26 aprel 2022 | 13:19

       Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 26 aprel 2022-ci il tarixdə rayonun Bolsulu qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.
Görüşdə  rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sozü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Bolsulu qəsəbəsində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakini Hacıyev İlham Saday oğlu Bolsulu qəsəbəsində qəbirstanlıq üçün torpaq sahəsinin ayrılması barədə, Hümbətov Rəhbər Yusif oğlu dren kanalının üstündən istifadə etdiyi yolun hamarlanmasını, Əliyev Habil Murad oğlu Bolsulu qəsəbəsində elektrik enerjisinin verilməsində fasilələrin yaranmaması üçün SİB kabellərin çəkilməsini, Fətəliyev Şamxal Pənah oğlu şəhid ailəsi olduğu üçün işlə təmin edilməsini, Əliyev Cavid Malik oğlu internet xəttinin çəkilməsini, Nəsirov Nəsib Musa oğlu bələdiyyə mülkiyyətindən əkin üçün 1,0 ha torpaq sahəsinin verilməsini, şəhid ailəsi Xəlilova Səkinə Musa qızı Bolsulu qəsəbəsində tam orta məktəbin əsaslı təmir olunmasını xahiş etdi.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Bolsulu qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, ğöstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər