Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bolsulu qəsəbəsində səyyar qəbul-görüş keçirilib.

19 yanvar 2024 | 10:10

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 19 yanvar 2024-cü il tarixdə rayonun Bolsulu qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.

Görüşdə qəsəbə sakinləri tam orta məktəb binasının əsaslı təmir olunması, elektrik enerjisinin fasiləsiz verilməsi məqsədilə SİB kabellərinin çəkilməsi, mərkəzi yolun əsaslı təmir olunması, əkin üçün torpaq sahəsinin ayrılması kimi mürsciətlər ünvanlayıblar. Müraciətlər diqqətlə dinlənilmiş, müzakirələr aparılmış, müvafiq izahatlar verilmiş, sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.


Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.


Bolsulu qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər