Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Bünyadlı kəndində səyyar qəbul-görüş keçirildi.

26 sentyabr 2023 | 18:07
2023-cü il üçün təsdiq olunmuş qrafikə əsasən Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin növbəti səyyar qəbulu 26 sentyabr 2023-cü il tarixdə rayonun Bünyadlı kəndində baş tutub.
Əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Bünyadlı kənd sakinlərini salamlayaraq tədbiri açıq elan edərək Bünyadlı kənd sakinlərindən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri Bünyadlı kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, SİB kabellərin çəkilməsini, örüş otlaq sahəsindən istifadə olunmasını, torpaq sahəsinin ayrılmasını, tibb məntəqəsinin cari təmir olunmasını xahiş etdilər.
Sakinlərin qaldırdıqları məsələlərlə bağlı yerindəcə araşdırılma aparılmış, həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Bünyadlı kənd sakinləri problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz
minnətdarlıqlarını bildirdilər.
Keçidlər