Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Dünyamalılar kəndində səyyar qəbul-görüş keçirildi.

10 avqust 2022 | 18:05
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 09 avqust 2022-ci il tarixdə rayonun Dünyamalılar kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Dünyamalılar kəndində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni və şəhidlərimizin məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Dünyamalılar kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Usubova Əskinaz Əbdüləli qızı Dünyamalılar kəndində torpaq sahələrinin suvarılması üçün subartezian quyusunun qazılmasına köməklik barədə müvafiq tədbirlərin görülməsini, İsgəndərov Alim Yasəf oğlu pay torpağına suvarma suyunu aparmasında çətinlik olması barədə köməklik olunmasını, Rüstəmov Bayram Vəfa oğlu Dünyamalılar bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına köməklik olunmasını, Məmmədov Salam Novruz oğlu Ünvanlı dövlət sosial yardımın verilməsi barədə köməklik olunmasını, Soltanov Xəlil Əlihüseyn oğlu Şəhid olmuş oğlunun adının əbədiləşdirilməsi barədə, Qasımov Ramil İbadət oğlu fərdi yaşayış evinə gələn elektrik xəttinə xidmət edən və hazırda qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə köməklik olunmasını xahiş etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Dünyamalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər