Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Dünyamalılar kəndində səyyar qəbul-görüş keçirilib.

16 yanvar 2024 | 14:55

Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 16 yanvar 2024-cü il tarixdə rayonun Dünyamalılar kənd sakinləri ilə səyyar qəbul-görüşü  keçirilmişdir.


Görüşdə  Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat,  bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.


Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Dünyamalılar kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.


Görüşdə kənd sakinləri yay aylarında suvarma suyunun verilməsinə köməklik olunmasını, Dünyamalılar kənd uşaq bağçasının yenidən tikilməsini və Dünyamalılar kənd xəstəxanasına qaz xəttinin çəkilməsi məqsədilə texniki şərtin alınmasına köməklik olunmasını xahiş etdilər.


Rayon İcra Hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.


Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.


Dünyamalılar kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər