Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Dünyamalılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

03 oktyabr 2023 | 09:03
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Beyləqan rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
03 oktyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Dünyamalılar kəndinin sakinləri ilə keçirib.
Səyyar qəbulda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev yerlərdə keçirilən səyyar görüşlərin məqsədinin vətəndaşların qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunması olduğunu bildirib. Rayon rəhbəri kənd sakinlərindən onları narahat edən məsələləri bildirmələrini xahiş edib.
Görüşdə kənd sakinlərinin əsas müraciətlərini həyətyanı torpaq sahəsinin ayrılması, əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, məktəbə qədər olan avtomobil yoluna asfalt örtüyünün salınması, içməli su təminatının yaxşılaşdırılması və suvarma suyunun verilməsinə köməklik olunması kimi mövzular təşkil edib.
Dünyamalılar kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilib, məsul şəxslərin iştirakı ilə bir qisminə müvafiq izahatlar verilmiş, araşdırma tələb edən digər müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.
Kənd sakinləri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yerlərdə bütün sahələr üzrə vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaş-məmur münasibətlərindəki yeni mühitin formalaşması istiqamətindəki səylərinə görə onlara səmimi minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər