Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əhmədli kəndində səyyar qəbul-görüş keçirildi.

15 noyabr 2022 | 09:06
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 15 noyabr 2022-ci il tarixdə rayonun Əhmədli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və Əhmədli kənd sakinləri iştirak ediblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev giriş nitqi ilə çıxış edərək vurğulayıb ki, ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları nəticəsində bölgələrdə şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib, hazırda dövlət proqramının icrası uğurla davam etdirilir.
Daha sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin müraciətlərini əsasən içməli su təminatının yaxşılaşdırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması məqsədilə subartezian quyusunun qazılması, bələdiyyə mülkiyyətindən əkin üçün torpaq sahəsinin ayrılması kimi məsələlər təşkil edib.
Kənd sakinlərinin müraciət və təklifləri diqqətlə dinlənilərək onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
Keçidlər