Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əhmədli kəndində səyyar qəbul-görüş keçirilib.

20 fevral 2024 | 18:46
2024-cü ilin səyyar-qəbul qrafikinə əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü 20 fevral 2024-cü il tarixdə rayonun Əhmədli kəndində baş tutub.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməksaşları ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və əməkdaşları iştirak etmişdir.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Əhmədli kənd sakinlərinin müraciətləri optik internet xəttinin çəkilməsi, yeni subartezian quyusunun qazılması, SİB kabellərin çəkilməsi və kənddaxili yolun cari təmir olunması barədə olub.
 
Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı və görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.
 
Sonda kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.
Keçidlər