Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Əhmədli kəndində səyyar qəbul-görüş keçirilmişdir.

11 aprel 2023 | 19:02
11 aprel 2023-cü il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin növbəti səyyar qəbul-görüşü rayonun Əhmədli kəndində keçirilmişdir.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbiri giriş sozü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri dren kanalının lildən təmizlənməsini, içməli su təminatının yaxşılaşdırılmasını, taxıl bitkisinin suvarılması üçün növbəlik əsasında suvarma suyunun verilməsini, subartezian quyusunun istifadə olunması üçün elektrik enerjisi ilə təmin olunmasını xahiş etdilər.
 
Səyyar qəbulda sakinlərin müraciət və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə baxılması üçün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
 
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər