Rayonun Əlinəzərli kəndində səyyar qəbul-görüş keçirilmişdir.
02 noyabr 2023 | 17:40
2 noyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonun Əlinəzərli kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirdi.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı və aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Beyləqan rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir. Daha sonra A.Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinlərinin məsas müraciətlərini mövsüm ərzində suvarma suyunun verilməsi, içməli su xəttinin çəkilməsi və kənd tam orta məktəb binasının əsaslı təmir olunması təşkil edib.
Rayon İcra Hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.