Rayonun Əmirzeyidli kəndində səyyar qəbul keçirilib.
03 dekabr 2024 | 18:49
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq 3 dekabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun dekabr ayı üzrə ilk səyyar qəbulu Əmirzeyidli kəndində keçirilib.
Səyyar qəbulda hüquq mühafizə orqanlarınım rəhbərləri,RİH başçısının müavinləri, şöbə müdirləri, xidməti təşkilatların rəhbərləri də iştirak ediblər.
Kənd sakinlərini salamlayan İcra Hakimiyyətinin başçısı Əziz Əzizov cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Respublikamızın bütün bölgələrində, o cümlədən Beyləqan rayonunda artan sosial-iqtisadi inkişafdan, infrastrukturun yaxşılaşdırılmasından danışıb, görülən işlərin bundan sonra da davam edəcəyini vurğulayıb.
Daha sonra İcra başçısı kənd sakinlərindən təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş etdi.
Əmirzeyidli kənd sakinləri məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yol infrastrukturunun təkmilləşdirilməsi, həyətlərin abadlaşdırılması və müxtəlif məsələləri əhatə edən digər mövzular barədə müraciətlər ünvanlayıblar.
RİH başçısı Əziz Əzizov qəbul zamanı müraciət edən kənd sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair bir sıra konkret göstərişlər verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.
Əmirzeyidli kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər.