Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Eyvazalılar kəndində səyyar qəbul-görüş keçirilmişdir.

17 oktyabr 2023 | 13:01
Beyləqan rayonunda əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirilir.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev növbəti səyyar qəbul-görüşünü 17 oktyabr 2023-cü il tarixdə rayonun Eyvazalılar kəndində keçirib.
 
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinlərinin əsas müraciətlərini yay aylarında suvarma suyu ilə təminatın yaxşılaşdırılması, kənd tam orta məktəb binasının əsaslı təmir olunması, örüş-otlaq torpaq sahəsinin ayrılması kimi mövzular təşkil edib.
 
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verilib.
 
Rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulunu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər