Rayonun Gödəklər kəndində səyyar qəbul keçdi.
18 iyul 2024 | 20:57
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq 18 iyul 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun rayonun Gödəklər kəndində səyyar qəbulu keçirilib.
Səyyar qəbulda hüquq-mühafizə orqanların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kənd sakinlərini salamlamış və bildirmişdir ki, keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin göstərişi əsasında vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları narahat edən məsələləri bilavasitə yerlərdə öyrənməklə onların həllini sürətləndirmək məqsədi daşıyır. Rayon rəhbəri respublikada aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verərək Beyləqan rayonu ilə bağlı qarşıda duran vəzifələrdən danışmışdır.
Sakinlərin qaldırdıqları müxtəlif məzmunlu müraciətlər yerindəcə araşdırılmış və onların həlli istiqamətində Beyləqan RİH başçısı Əziz Əzizov tərəfindən aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.