Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Günəşli qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

07 fevral 2023 | 18:25
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 07 fevral 2023-cü il tarixdə rayonun Günəşli qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Tədbiri giriş sözü ilə açan Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə qəsəbə sakinləri tam orta məktəb binasının əsaslı təmir edilməsini, yay aylarında suvarma suyuna olan tələbatın yaxşılaşdırılmasını, dren kollektor şəbəkəsinin təmizlənməsini, özünüməşğulluq proqramına cəlb olunaraq ma-qara verilməsini xahiş etdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
Günəşli qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər