Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Günəşli qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.

05 dekabr 2023 | 17:27
Beyləqan rayonunda 2023-cü il üçün nəzərdə tutulmuş qrafikə əsasən yerlərdə səyyar-qəbullar davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağyevin növbəti səyyar qəbulu 05 dekabr 2023-cü il tarixdə rayonun Günəşli qəsəbəsində baş tutub.
Rayon İcra Hakimiyyətinin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanları, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər, idarə, müəssisə, təşkilat və bələdiyyə rəhbərlərinin iştirakı ilə baş tutan səyyar qəbulda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Görüşdə qəsəbə sakinləri bir sıra müraciətlər ünvanlamış, əsas müraciətlər yay aylarında suvarma suyuna olan tələbatın yaxşılaşdırılması, dren kanalının təmizlənməsi, özünüməşğulluq proqramı, həyətyanı torpaq sahəsinin ayrılması istiqamətində olub.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Günəşli qəsəbə sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər