Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun ictimai-siyasi həyatında yüksək fəallığına və anadan olmasının 75 illiyi münasibəti ilə İmanov Etibar Rəşid oğlu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

21 may 2022 | 17:40
       Etibar İmanov uzunmüddətli uğurlu pedaqoji fəaliyyəti ilə Beyləqan rayonunda böyük hörmətə malik insanlardan biridir. Təhsil sahəsində qazandığı uğurlara və səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülən Etibar müəllim hal-hazırda Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri kimi Vətənimizin tərəqqisi naminə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni edir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev Etibar İmanovu rayonun ictimai-siyasi həyatında yüksək fəallığına və anadan olmasının 75 illiyi münasibəti ilə Fəxri Fərmanla təltif edib.
Etibar İmanova möhkəm can sağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq!
Keçidlər