Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İkinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirildi.

04 oktyabr 2022 | 16:36
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 04 oktyabr 2022-ci il tarixdə rayonun İkinci Aşıqlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən İkinci Aşıqlı kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə kənd sakini, təqaüdçü Əhmədov Mahmud Cümşüd oğlu İkinci Aşıqlı kəndində əkinə yararlı torpaq sahələrinin suvarılması üçün “Araz çayı”ndan və yaxud “Qarabağ kanalı” vasitəsi ilə suvarma suyunun verilməsini, Ağayev Mirsəməd Əsəd oğlu İkinci Aşıqlı kənd tam orta məktəbin və kənd uşaq bağçasının yenidən tikilməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. İkinci Aşıqlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər