Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İkinci Aşıqlı kəndində səyyar qəbul-görüş keçirilmişdir.

10 oktyabr 2023 | 16:02
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həll etmək məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayevin 10 oktyabr 2023-cü il tarixdə rayonun İkinci Aşıqlı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər, məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, özəl qurum rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən İkinci Aşıqlı kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışıb. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edib.
Görüşdə kənd sakinləri mövsüm ərzində suvarma suyunun verilməsini, əkin üçün icarəyə torpaq sahəsinin verilməsini, uşaq baxçasının yenidən tikilməsini, həyətyanı torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasına köməklik edilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin tez bir zamanda həll olunması və nəzarətdə saxlanılması ilə bağlı rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Asif Ağayev həmçinin Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
İkinci Aşıqlı kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər