Rayonun İkinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 14 iyul 2022-ci il tarixdə rayonun İkinci Şahsevən kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən İkinci Şahsevən kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Allahyarov Şəhriyar Elçin oğlu oğlu Bələdiyyə mülkiyyətindən torpaq sahəsinin ayrılmasına köməklik barədə müvafiq tədbirlərin görülməsi, Fərəcov Vidadi Allahyar fərdi yaşayış evinə gələn elektrik xəttinə xidmət edən və hazırda qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsinə köməklik olunması barədə, Hüseynova Telli Ələkbər qızı Ailə vəziyyətini nəzərə alaraq maddi yardım olunmasına köməklik barədə, Mehtiyev İlham Səlim oğlu İkinci Şahsevən kəndinə içməli suyun çəkilməsinə köməklik olunması olunmasını xahiş etdi. Hüseynov Aydın Tarverdi oğlu İkinci Şahsevən kənd tam orta məktəbinin həyətində Şəhidlərin xatirəsinə bulaq tikintisi üçün torpaq sahəsi ayrılması barədə köməklik olunmasını xahiş etdi. Əsədov Maarif Qəhrəman oğlu Pay torpaq sahəsinin 0,35 ha hissəsinin qonşusu tərəfindən zəbt olunması barədə ona köməklik edilməsini istədi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
İkinci Şahsevən kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.