Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İkinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirilib.

05 mart 2024 | 12:36
Vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 05 mart 2024-cü il tarixdə rayonun İkinci Şahsevən kəndində növbəti səyyar qəbul keçirib.
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rayon rəhbəri vətəndaşlarla yerlərdə keçirilən səyyar qəbulların ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmiş, ölkə rəhbəri tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri müxtəlif müraciətlər ünvanlamış, müraciətlər əsasən SİB kabellərinin çəkilməsi, bələdiyyə mülkiyyətindən əkin üçün torpaq sahəsinin ayrılması, suvarma su arxının təmizlənməsi və s. təşkil edib.
Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər