Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İmamverdilər kəndində səyyar qəbul-görüş keçirilmişdir.

05 sentyabr 2023 | 10:37
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 05 sentyabr 2023-cü il tarixdə rayonun İmamverdilər kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
 
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
 
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən İmamverdilər kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
 
Görüşdə kənd sakinləri İmamverdilər kəndininin mərkəzindən keçən və Vətağa yaşayış məntəqəsi ilə birləşdirən 8,0 km avtomobil yoluna asfalt örtüyünün salınmasını, suvarma suyunun verilməsini, ünvanlı dövlət sosial yardımın təyin olunmasını və dövlət fondundan torpaq sahəsinin ayrılmasını xahiş etdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
 
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
 
İmamverdilər kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər