Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun İmamverdilər kəndində səyyar qəbul keçib

23 iyul 2024 | 20:43
23 iyul 2024-cü il tarixdə təsdiq olunmuş qrafikə uyğun olaraq Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov rayonun İmamverdilər kəndində səyyar qəbul keçirib.
 
Səyyar qəbulda hüquq-mühafizə orqanların rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
 
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
 
RİH başçısı Əziz Əzizov kənd əhalisini salamlayaraq keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu bildirmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır.
 
Daha sonra kənd sakinləri öz müraciətlərini ünvanlayıblar. Müraciətlər əsasən suvarma suyu və sakinlərin içməli suya olan tələbatının yaxşılaşdırılması, torpaq, elektrik təchizatı kimi məsələlərlə bağlı olub.
 
Rayon rəhbəri edilən müraciətlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
 
İmamverdilər kənd sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər